Həkimlərin sığorta pulu 3 aydır verilmir: “1 qəpik də ödənilməyib”

Həkimlərin sığorta pulu 3 aydır verilmir: “1 qəpik də ödənilməyib”

11-04-2021 22:28 / Bu xəbər 1726 dəfə oxundu

Şirvan şəhərində həkimlərin 3 aylıq sığorta pulu ödənilməyib.

Məlumatı Azərbaycan Həkimlər Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev yayıb. 

O bildirib ki, həkimləri bu qədər incitmək düzgün deyil: "Şirvan şəhərində həkimlərə yanvar-fevral-mart aylarının sığorta pullarını verməyiblər. 1 qəpik də verməyiblər. Cənab Prezident sizə səhiyyəni qurmağı tapşırıb, qırmağı tapşırmayıb".