Hərbi Prokurorluq əsgərin ölümü ilə bağlı açıqlama yaydı
28-08-2021 15:58 / Bu xəbər 2753 dəfə oxundu
"Əsgər Çingiz Həziyev odlu silahdan atəş açmaqla özünü öldürüb"
"Avqust 27-də Müdadiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Həziyev Çingiz Ramin oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub. Məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib".
Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev "Arqument.az"ın sorğusuna cavabında belə qeyd edib.
O bildirib ki, fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb: "Şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir".
Müdafiə Nazirliyi Ç. Həziyevin Şuşada intihar etdiyi barədə məlumat yayıb.












