Hərəkat sədrindən çağırış: "Mobil operatorları məhkəməyə verin"

Hərəkat sədrindən çağırış:

29-01-2019 02:03 / Bu xəbər 1728 dəfə oxundu

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu mobil operator şirkətləri tərəfindən mitinq iştirakçıları barədə məlumatların hüquq-mühafizə orqanlarına verməsini tənqid edib.

Qubad İbadoğlu vətəndaşları maksimum mobil operator şirkətlərinin xidmətlərindən az istifadə etməyə çağırıb: "Sosial şəbəkələrdə 19 yanvar mitinqinin iştirakçıları ilə polislər, yerli icra hakimiyyətlərinin, hətta Mənzil İstismar İdarələrinin nümayəndələri arasında danışıqlar yayılır. Onları dinlədikcə düşüncələrimi sizinlə bölüşmək qərarına gəldim. Hesab edirəm ki, bu işdə mobil telefon operatorlarının hakimiyyətlə əlbir və qanunsuz fəaliyyəti ictimai qınağa tuş gəlməlidir. İddia etmirəm ki, danışıqları onlar yayıb, əksinə şübhəm yoxdur ki, mitinq iştirakçılarının müəyyənləşməsinə onlar kömək edib.

20 mindən artıq iştirakçının kordinatlarının aşkarlanması başqa cür mümkün deyil. Belə ki, mobil telefon operatorları onun xidmətindən istifadə edən hər kəsin hərəkət trayektoriyasını izləyə və yerini müəyyənləşdirə bilir. 

Odur ki, onlar mitinq günü həmin saatlarda Məhsul stadionunda olanların telefon nömrələrini qeydə alır və sonradan da nömrə sahiblərinin ad və soyadlarını qeydiyyatda düşdüyü ünvanla birlikdə müvafiq orqanlara çatdırırlar".

"Bu fəaliyyət həmin şirkətlərin birmənalı şəkildə müştərisi olan vətəndaş əleyhinə siyasətə qoşulmasıdır və eyni zamanda fərdi informasiyaların məhkəmə qərarı olmadan paylaşması ilə qanunları pozmasıdır. Hakimiyyətin qanunsuz əməllərinə şərik olan belə şirkətlər ilk növbədə mitinq təşkilatçıları tərəfindən məhkəməyə verilməlidir. Hesab edirəm ki, bundan öncə informasiya hüququ ilə məşğul olan müstəqil hüquqşünaslar (Ələsgər Məmmədli, Xaliq Bağırov, Fərhad Mehdiyev, Xalid Ağalı və digərləri) bu məsələyə hüquqi rəyini açıqlamaldırlar. Bu əməl ictimaiyyət tərəfindən qınanmalı, ağıllı telefonlardan istifadə edən istehlakçılar onların xidmətlərindən istifadəni müxtəlif vasitələrlə (Facebook, WhatsApp, Signal, Face Time və digər vasitələrlə danışıqlara üstünlük verlməklə) məhdudlaşdırılmaldır. Təklif edirəm ki, bununla bağlı sosial şəbəkələrdə də təbliğat kampaniyasına start verilsin”.

///aztoday.az