Hesablama Palatası QHT Şurasını yoxlayır, pozuntular aşkarlanıb

Hesablama Palatası QHT Şurasını yoxlayır, pozuntular aşkarlanıb

01-03-2021 13:18 / Bu xəbər 1462 dəfə oxundu

Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalara başlayıb. 

Yoxlamaların nəticələri barədə ictimaiyyətə məlumat veriləcək. 

2021-ci il üçün dövlət büdcəsindən QHT-lərə Dövlət Dəstəyi Şurasına 6,3 milyon manat ayrılması nəzərdə tutulub. 

Bu vəsait "vətəndaş cəmiyyətinin möhkəmlənməsinə və davamlı inkişafına nail olunmasına, ictimai əhəmiyyətli problemlərin həlli ilə bağlı qeyri-hökumət təşkilarlarına maliyyə yardımının göstərilməsinə” yönəldilməlidir. 

QHT-lərə Dövlət Dəstəyi Şurası 2007-ci ilin dekabrında yaradılıb. Həmin tarixdən etibarən onun dəyişməz sədri deputat Azay Quliyevdir. 

Şura, bir qayda olaraq, hakimiyyəti dəstəkləyən QHT-lərə dəstək göstərir.

Hazırki yoxlamanın səbəbi məlum deyil.

Bir müddət əvvəl Hesablama Palatası KİV-ə Dövlət Dəstəyi Fondunda da bənzər yoxlama aparıb, burada böyük mənimsəmə və oğurluq faktları aşkar edilib. Nəticədə qurumun sədri Vüqar Səfərli həbs edilib. O, 6 mln. manatdan çox vəsaiti mənimsəməkdə və oğurlamaqda ittiham olunur.

"Turan" İA