Xarici vətəndaş Heydərova məxsus holdinqi məhkəməyə verdi

Xarici vətəndaş Heydərova məxsus holdinqi məhkəməyə verdi

17-09-2021 17:32 / Bu xəbər 1336 dəfə oxundu

Föqvəladə Hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu bildirilən "Gilan Holding” MMC növbəti dəfə məhkəməyə verilib. 

"Qaynarinfo" xəbər verir ki, bu dəfə MMC barədə məhkəmə iddiasını xarici vətəndaş qaldırıb. 

Conston Qrame Çaherles (Johnston Graeme Charles) adlı həmin şəxsin iddiasında holdinqin onun maaşını verməməsi qeyd edilir və məhkəmədən əmək haqqının verilməsinin təmin olunmasını tələb edir. 

Açıq mənbələrdə də "Gilan Holding” MMC ilə xarici vətəndaşın arasındakı məhkəmə çəkişməsinin səbəbi olaraq əmək haqqının tələb edilməsi göstərilir.

"Gilan Holding” MMC-nin Conston Qrame Çaherlesə nə qədər borclu olduğu bəlli deyil. 

Açıq mənbələrdə bu barədə hər hansı qeyd yoxdur.