Hikmət Hacıyev Ermənistanı üzr istəməyə çağırdı

Hikmət Hacıyev Ermənistanı üzr istəməyə çağırdı

26-03-2021 17:28 / Bu xəbər 1217 dəfə oxundu

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev Twitter-də yazıb ki, Azərbaycan xalqının irsinə və mülkiyyətinə qarşı vandalizm törədildikdən sonra Ermənistanın Azərbaycana hər hansı bir iddia irəli sürməyə mənəvi haqqı yoxdur.

"Ermənistan İkinci Dünya Müharibəsinin işğalçı ölkələri kimi Azərbaycan xalqından üzr istəməli və məsuliyyəti öz üzərinə götürməlidir", - o, Twitter səhifəsində yazıb.

Hacıyev Azərbaycanı Qarabağda "yolverilməz vandalizm aktında" ittiham edən Ermənistan Xarici Işlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyanın bəyanatına cavab verib.