Hikmət Hacıyev yenidən İranın Azərbaycandakı səfiri ilə görüşdü

Hikmət Hacıyev yenidən İranın Azərbaycandakı səfiri ilə görüşdü

16-09-2021 15:41 / Bu xəbər 1103 dəfə oxundu

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yenidən İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə sentyabrın 16-da İran səfiri Seyid Abbas Musəvi "Tvitter"də məlumat paylaşıb.

"Bu həftə ərzində ikinci dəfə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşmək imkanım oldu. Səmimi müzakirələr zamanı yaxşı münasibətlərimizin hazırkı vəziyyətini və gələcəyini, həmçinin maraq kəsb edən digər məsələləri müzakirə etdik”, - deyə səfir bildirib.

H.Hacıyev sentyabrın 13-də də Seyid Abbas Musəvi ilə görüşmüşdü.