Hikmət Hacıyev: "Status-kvo dəyişdi, əslində, Ankara artıq masadadır"

Hikmət Hacıyev:

09-10-2020 14:05 / Bu xəbər 1682 dəfə oxundu

"Format necə olursa-olsun, Türkiyə, Rusiya formatında buraya baxılması daha güvənli ola bilər. Əslində, Ankara artıq masadadır. Türkiyə ATƏT-in Minsk qrupunun üzv ölkələrindən biridir. 

"Bundan əlavə, Cənubi Qafqaz coğrafiyasında olan bir ölkə və Azərbaycanla qardaş ölkə durumu da var. Bu bölgədə sülhün olması həm qardaş Türkiyənin, həm də Rusiyanın xeyrinədir". 

Bunu "HaberGlobal"a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. 

O vurğulayıb ki, artıq Ermənistanın Azərbaycana hücumlarına qarşı status-kvo dəyişdi: "Üst səviyyədə, prezidentlər səviyyəsində danışıqlar var. Azərbaycan, Rusiya və qardaş Türkiyə - belə bir formatda davamlı bir proses ola bilər. Masada danışıqlar gerçəkləşdiriləndən sonra digər hərbi məsələlərə də baxıla bilər. Hazırda əməliyyatlar davam edir, Avropa İttifaqı tərəfindən də narahatlıq var. Şəhidlərimizin dəyişdirilməsinə dair vəziyyətlər də var. Çünki cəbhədə qalan şəhidlər də var. Ermənistanın işğalı davam etdirəcəyini və ya başqa bir irəliləyiş seçəcəyini görəcəyik".