Hizbullah Səudiyyəni hədələdi: "Məğlub olacaq"

Hizbullah Səudiyyəni hədələdi:  "Məğlub olacaq"

07-04-2015 15:38 / Bu xəbər 1146 dəfə oxundu

“Səudiyyə Ərəbistanının məğlubiyyəti böyük olacaq”

“Yəmənin Səudiyyə Ərəbistanının nəzarətindən çıxması ABŞ-ın idarəsindən çıxması deməkdir”. 

Axar.az xəbər verir ki, bu açıqlama ilə Hizbullah lideri Həsən Nəsrullah çıxış edib. 

O, Səudiyyə Ərəbistanının Yəməndə böyük məğlubiyyətə düçar olacağını bildirib: “Yəmənin Səudiyyə Ərəbistanının nəzarətindən çıxması ABŞ-ın idarəsindən çıxması deməkdir. Bu gün Yəməndə aparılan əməliyyatları Səudiyyə Ərəbistanı-ABŞ hücumu olaraq görürük. Səudiyyə Ərəbistanı Suriya, İraq və Livanda qarşıdurmaların davam etməsi üçün pul ödəyir. Bu işi qanuniləşdirmək üçün əlində mətbuat, pul, fitva vermək üçünsə müftiləri var. Səudiyyə Ərəbistanı Yəmənə qarşı dolayısı ilə apardığı müharibəni uduzduğu üçün birbaşa müdaxilə etməyə məcbur oldu. Lakin Səudiyyə Yəməndə böyük məğlubiyyətə düçar olacaq. Husilərin Səudiyyə Ərəbistanı ilə danışıqlara başlaması isə boyun əymək və təslim olmaq kimi qiymətləndiriləcək”.

Arqument.Az