Hökumətin 41 səhmdar cəmiyyəti özəlləşdiriləcək

Hökumətin 41 səhmdar cəmiyyəti özəlləşdiriləcək

10-03-2021 15:32 / Bu xəbər 1796 dəfə oxundu

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərracın tarixi açıqlanıb.

Dövlət xidmətindən martın 10-da verilən məlumata görə, növbəti hərrac 6 aprel tarixində təşkil ediləcək. 

Hərraca 65 dövlət əmlakı çıxarılacaq. Bunlardan 24-ü kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 41-i isə səhmdar cəmiyyətidir. 

Məlumata görə, təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.

Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında "Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.