Hökumətin ərzaq təhlükəsizliyi ilə bağlı siyasəti araşdırıldı

Hökumətin ərzaq təhlükəsizliyi ilə bağlı siyasəti araşdırıldı

18-03-2021 23:32 / Bu xəbər 1954 dəfə oxundu

Demokratik Təşəbbüslər İnstitutunun (IDI) "Gənc iqtisadçılar” təlimlərinin məzunlarından ibarət araşdırma qrupunun üzvləri Azərbaycanda ərzaq təhlükəsizliyinin vəziyyəti ilə bağlı sənəd hazırlayıb.

Tədqiqatın ilk bölməsində "ərzaq təhlükəsizliyi” anlayışına nəzəri yanaşma, bu problemin həlli ilə bağlı metodoloji məsələlər araşdırılıb.

Araşdırmanın 2-ci bölməsində isə  Azərbaycanın buğda ilə təminatının mövcud vəziyyəti statistik olaraq təhlil edilir.

Bu sahədəki mövcud vəziyyət  sənəddə infoqrafika və cədvəllər vasitəsilə, aşağıdakı istiqamətlər üzrə təsvir edilib:

-  Azərbaycanın özünü buğdayla təminetmə səviyyəsi;

-  buğda idxalına dair statistik göstəricilər;

-  buğda idxalının coğrafiyası;

-  illik buğda ehtiyatlarının həcmi;

-  buğda istehlakının strukturu;

-   buğda istehlakının məqsədlər üzrə həcmi

Tədqiqatın 3-cü bölməsində son 15 ilə yaxın dövrdə buğda istehsalının təşviqi və bu sahədə hüquqi tənzimləmə ilə bağlı atılan addımlar, qəbul edilən strategiya, proqram və mexanizmlər barədə ətraflı məlumat verilir.

Sonda tədiqatın əsas nəticələri və buğda idxalından asılılığın azaldılması məqsədilə təkliflər təqdim edilib.

Araşdırmaçılar BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Azərbaycan Respublikası Konstitusiyası, Dövlət Statistika Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi və digər mənbələrə istinadən ölkədə ərzaq təhlükəsizliyinin vəziyyətini buğda istehsalı üzərindən təhlil ediblər.

Tədqiqatda həmçinin FAO-nun ərzaq təhlükəsizliyi ilə bağlı tövsiyələri, sahənin mühüm elementləri və ölkədəki durumu qiymətləndirmək üçün lazım olan meyarları da əks olunub.

Araşdırma sənədi 2015-ci ildən etibarən Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsindəki vəziyyəti əks etdirir və  lazımi addımların atılmasına önəmli töhfə verə bilər.