Hökumətyönlü KİV: Bakı Avropa Şurasından çıxma prosedurunu araşdırır

Hökumətyönlü KİV: Bakı Avropa Şurasından çıxma prosedurunu araşdırır

25-01-2024 20:56 / Bu xəbər 610 dəfə oxundu

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə qərarına rəsmi Bakının adekvat cavab vermək niyyətində olduğu bildirilir.

Bu iddia ilə hökumətə yaxın media orqanı APA çıxış edib. 

Demək olar ki, hökumətə yaxın bir çox media orqanları da eyni mətn tirajlayıb. 

Bildirilir ki, AŞPA-nın sözügedən qərarının qəbul olunduğu dünənki iclasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının Azərbaycanın Avropa Şurasının digər strukturlarında iştirakının dayandırılması anlamına gəlmədiyi qeyd olunsa da, Bakının mövqeyi fərqlidir.

Agentliyin yazdığına görə, Azərbaycan özünə qarşı bu haqsız və qərəzli münasibətlə barışmaq fikrində deyil və hazırda yalnız AŞPA yox, ümumilikdə Avropa Şurasından çıxma proseduru da rəsmi Bakı tərəfindən araşdırılır.

Eyni zamanda, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina edə bilər.