Hoakin Feniks və Ledi Qaqa ilə “Joker: İki nəfərlik dəlilik” filmi Bakı ekranlarında!

Hoakin Feniks və Ledi Qaqa ilə “Joker: İki nəfərlik dəlilik” filmi Bakı ekranlarında!

24-09-2024 18:07 / Bu xəbər 1355 dəfə oxundu

Oktyabrın 3-dən "CineMastercard” premium kinoteatrında DC Comics kainatının super cani haqqında trillerin davamı olan "Joker: İki nəfərlik dəlilik” filminin nümayişi başlayacaq.

Filmin rejissoru Todd Fillipsdir.

Ekran əsərinin baş qəhrəmanları olan Joker və Harli Kvin obrazlarını amerikalı aktyor, "Oskar” mükafatçısı Hoakin Feniks və müğənni Ledi Qaqa canlandırıb. Filmdə həmçinin Zazi Bitz, Brendan Qlison, Cetrin Kiner, Ceykob Loflend və Qarri Louti çəkilib.

Filmin dünya premyerası Venesiya Film Festivalında baş tutub. Müzikl tamaşaçılar tərəfindən 11 dəqiqəlik alqışlarla qarşılanıb.

Süjet xəttinə gəlincə, "Joker”ə çevrildikdən və televiziyada canlı yayımda Mürrey Franklini öldürdükdən sonra Artur Flek Arkham psixiatriya xəstəxanasına yerləşdirilir və burada doktor Harlin Kvinzel ilə tanış olur. 

Onlar tezliklə bir-birinə dəlicəsinə aşiq olduqlarını anlayırlar.

İlin ən gözlənilən filmlərindən biri olan "Joker: İki nəfərlik dəlilik”in nümayişinə özəl "CineMastercard” kinoteatrının komandası "Light in Black” kreativ komandası ilə birgə unikal video çarx hazırlayıb. 

Joker və Harli Kvin filmin süjetində mövcud olan xaos, dinamik və gərgin səhnələrin mühitini yaradıblar.

Tamaşaçıların "CineMastercard” kinoteatrlar şəbəkəsində ən çox gözlədiyi filmlərdən biri 3 dildə - rus, ingilis və türk dillərində nümayiş etdiriləcək. Həmçinin "Joker: İki nəfərlik dəlilik” filmini ən son 4DX və ScreenX texnologiyaları ilə izləmək olar.

Ülviyyə