Hüquq müdafiəçisi prokurorluqda dindirilib

Hüquq müdafiəçisi prokurorluqda dindirilib

09-05-2020 01:47 / Bu xəbər 1471 dəfə oxundu

Hüquq müdafiəçisi Zəfər Əhmədov Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib.

Bu barədə Əhmədov özü məlumat verib. 

Onun sözlərinə görə, səhər ona prokurorluqdan zəng edilib: "Zəng edən şəxs məni idarəyə dəvət edib. Rəsmi çağırış vərəqəsini istəyəndə isə bildirib ki, onun zəngi rəsmi çağırış kimidir".
 
Üç saata yaxın Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilən Əhmədov şahid qismində dindirildiyini bildirdi: "Mənə status bildirsələr də, hansı cinayət işi üzrə dindirildiyim barədə məlumat vermədilər. Güman edirəm ki, AXCP üzvü Səadət Cahangirin dindirildiyi eyni cinayət işi ilə bağlı ola bilər".