Hüseynqulu Bağırovun İtaliyada tarixi binada oteli üzə çıxdı

Hüseynqulu Bağırovun İtaliyada tarixi binada oteli üzə çıxdı

01-04-2019 13:19 / Bu xəbər 1916 dəfə oxundu

Keçmiş Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun İngiltərə, Çexiya, Almaniya, Avstriya, Kipr, Latviya və Türkiyədəki çoxsaylı şirkətləri, otelləri artıq mediaya məlumdur.
 
Bu keçmiş nazirin varidatının hamısı deyilmiş. Onun İtaliyanın paytaxtı Romada daha bir dəbdəbəli oteli üzə çıxıb.
 
Araşdırmaçı jurnalist Cavanşir Hədənli yazır ki, otel "Baghirova in Rome” adlanır. Otelin sahibəsi Hüseynqulu Bağırovun qızı Sevinc Bağırovadır. 
 
Jurnalist bildirib ki, tikilinin xüsusi özəlliyi var: "Otelin yerləşdiyi bina 1555-ci ildə inşa olunub və keçmişdə saray olub. İtaliyanın məşhur PALAZZO CARTONİ sarayı. Belə binaların tarixə böyük önəm verən Avropada dəyəri on milyonlarla ölçülür.

PALAZZO CARTONİ Romanın tarixi binalarla əhatə olunmuş hissəsində yerləşir. Otelin otaqları da klassik üslub hazırlanıb və bahalı rəsmlərlə, dekorasiyalarla bəzədilib. Günlük qonaqlama bir nəfər üçün 129 dollardan başlayıb”.

H. Bağırov hər zaman Azərbaycanda özü haqqında "ən kasıb, ən sadə” nazir imici formalaşdırmağa nail ola bilmişdi. Hətta onun işə piyada gəlib getməsi, korrupsiyaya bulaşmaması haqda əfsanələr dolaşırdı... ///qlobal.az