Hulusi Akar və Yaşar Güləri Zakir Həsənov qarşıladı - Nəciməddin Sadıkov görünmədi

Hulusi Akar və Yaşar Güləri Zakir Həsənov qarşıladı - Nəciməddin Sadıkov görünmədi

13-08-2020 00:17 / Bu xəbər 1168 dəfə oxundu

Avqustun 12-də Türkiyə Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər Azərbaycana səfər edib.

Bu barədə APA Türkiyənin Azərbaycandakı Səfirliyinə istinadən məlumat yayıb.

Türkiyəli qonaqları Bakıda Müdafiə naziri Zakir Həsənov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral və digər rəsmi şəxslər qarşılayıb.

Qeyd edək ki, Azərbaycan Müdafiə nazirinin müavinlərinin də iştirak etdiyi qarşılanma mərasiminə Müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrinin Baş qərargah rəisi Nəciməddin Sadıkov qatılmayıb. 

Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.