Hüquq müdafiə birliyi siyasi məhbusları azad etməyə çağırıb
17-02-2021 19:32 / Bu xəbər 1414 dəfə oxundu
Azərbaycan Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupu böyük bir qrup məhbusun azad edilməsi xahişi ilə ölkə prezidenti İlham Əliyevə müraciət edib.
Bu barədə Turan-a Monitorinq Qrupunun üzvü, Qadınların hüquqlarını müdafiə cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.
Onun sözlərinə görə, hüquq müdafiəçiləri hesab edirlər ki, qarşıdan gələn Novruz bayramı böyük bir qrup məhbusun, o cümlədən siyasi məhbusların əfv edilməsi üçün yaxşı fürsətdir.
Bir müddət əvvəl Bakı İnsan Hüquqları Klubu da dövlət başçısını əfv sərəncamı imzalamağa çağırıb və 110 nəfərdən ibarət siyahı təqdim edib.












