Hüquq müdafiəçiləri Bundestaqın vitse-prezidenti ilə hansı məsələləri müzakirə ediblər?

Hüquq müdafiəçiləri Bundestaqın  vitse-prezidenti ilə hansı məsələləri müzakirə ediblər?

19-07-2022 13:28 / Bu xəbər 1560 dəfə oxundu

İyulun 18-də "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin rəhbəri Fikrət Cəfərli, vəkillər Cavad Cavadov, Elçin Sadıqov, Zibeydə Sadıqova və hüquq müdafiəçisi Fuad Həsənov Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının vitse-prezidenti Katrin Herinq-Ekhartla görüşüblər.

Bu barədə Fikrət Cəfərli Feysbuk" hesabında yazıb.

O bildirib ki, görüşdə o və Fuad Həsənov insan hüquqları və əsas azadlıqlarının vəziyyəti, "Tərtər işi", siyasi məhbuslar, Almaniyadan deport olunmuş keçmiş siyasi mühacirlərin həbs edilməsi, sərbəst toplaşma və digər məsələlərə toxunublar. 

Onun sözlərinə görə, vəkillər isə vəkillik instutunun durumu, siyasi məhbuslar və gündəmin başqa məsələlərindən danışıblar.

Almaniya Bundestaqının vitse-prezidenti Katrin Herinq-Ekhart iyulun 18-də Azərbaycana səfər edib. Bu gün səfəri başa çatan Almaniya Federal Parlamentinin vitse-prezidenti Katrin Görinq-Ekart dünən bir qrup vətəndaş cəmiyyəti fəalı, hüquq müdafiəçiləri və rəsmilərlə görüşüb. 

Bundan bir neçə gün öncə isə Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşı Andreas Hohlt vəkil Cavad Cavadov və yeni yaradılmış "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin sədri Fikrət Cəfərli ilə görüşərək penitensiar sistem və qanunun aliliyinə dair dialoqla bağlı maraqlı fikir mübadiləsi aparıb.