Hüquq müdafiəçiləri Əvəz Zeynallı ilə bağlı diplomatik korpusun nümayəndələri ilə görüşüblər

Hüquq müdafiəçiləri Əvəz Zeynallı ilə bağlı diplomatik korpusun nümayəndələri ilə görüşüblər

02-11-2022 23:08 / Bu xəbər 725 dəfə oxundu

Noyabrın 1-də Avropa İttifaqının Azərbaycan nümayəndəliyində ABŞ, İngiltərə, Almaniya, Fransa, Çexiya və Belçika səfirliklərinin məsul şəxsləri ilə görüş keçirilib. 

Bu barədə Arqument.az-a Fikrət Cəfərli məlumat verib. 

O bildirib ki, görüşdə Əvəz Zeynallıya qarşı açılmış qurama cinayət işi və qanunsuz həbsi ilə bağlı ətraflı müzakirələr aparılıb, lazımlı tədbirlərin görülməsi qarşıya məqsəd qoyulub. 

Görüşdə Bəxtiyar Hacıyevlə Elçin Sadıqovda iştirak edib.