Hüquq müdafiəçisi ailə üzvlərinə təzyiqlər edildiyini deyir

Hüquq müdafiəçisi ailə üzvlərinə təzyiqlər edildiyini deyir

13-03-2023 13:02 / Bu xəbər 918 dəfə oxundu

"Nə qədər nöqsan var, yazacağam"

Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin sədri, Bakı İnsan Hüquqları klubunun idarə heyətinin üzvü Lətafət Məlikova ona edilən təzyiqlərlə bağlı sosial şəbəkələrdə yazıb. 

O bildirib ki, bundan sonra da bölgələrlə baş verən problemləri işıqlandıracaq və heç bir təzyiqdən çəkinməyəcək: "Sizə xəbərdarlıq edirəm. Nə qədər nöqsan var, yazacağam. Məktəbin ucan binasından yazıram bacımı cağırırlar. Məktəblərdə yığılan rüşvətdən yazıram,bacımı dərsdən  cıxarıb  təziq edirlər. Ondan tələb edirlər statusumu silim. Ömründə bir hədiyyə, bir dəstə gül almayan, yüksək səviyyədə dərs keçən bacımın həmin məmurlara bir sözü var: "Mənim bacım müstəqildir, azaddır".

Lətafət Məlikova bacısına təzyiqlərin yolverilməz olduğunu deyib: "Məktəblər haqqında yazdığım statusların məktəb və rayon üzrə qiymətləndirmədə yüksək bal yığan müəllim  bacıma dəxli yoxdur. Bacımı müəllimlərə tərifnamə, medal verəndə, dərs bölgüsü olanda axtarın. Axı o, əsil müəllimdir. Biz atamıza oxşamışıq: savadlı, düz, əxlaqlı. Nöqsanı düzəltməkdən məktəblərə bir-bir zəng edirsiniz".

Hüquq müdafiəçisi bu təzyiqlərə görə məhkəməyə müraciət edəcəyini deyib: "Bir də ailəmi narahat edənləri məhkəməyə verəcəyəm. Sabir demişkən, yoxsa bu ayinədə özünüzü əyri gördünüz?"