Hüseyn Abdullayev aclıq aksiyası keçirir

Hüseyn Abdullayev aclıq aksiyası keçirir

12-04-2021 16:29 / Bu xəbər 1808 dəfə oxundu

Vergidən yayınmaqda və qanunsuz sahibkarlıqda ittiham edilərək 6 il müddətinə həbs edilən sabiq deputat Hüseyn Abdullayev aclıq aksiyasına başlayıb.

Bu barədə aprelin 12-də jurnalist Əvəz Zeynallı sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Hazırda 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Hüseyn Abdullayev (Quska) bu gündən ölüm aclığına başlayıb", - Əvəz Zeynallı bildirib.  

H.Abdullayev külli miqdarda məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda, qanunsuz sahibkarlıqda günahlandırılır. 

Sabiq deputat bir neçə gün öncə ölkə rəhbərliyinə müraciət edərək həbsinin ədalətsizlik olduğu üçün  Azərbaycan vətəndaşlığından çıxarılmasını istəmişdi.