Husilər Ədən ətrafını bombardman etdi

Husilər Ədən ətrafını bombardman etdi

20-07-2015 13:17 / Bu xəbər 1092 dəfə oxundu

Yəməndə husilər Ədən kənarındakı qəsəbəni top atəşinə tutub. 

Musavat.com-un məlumatına görə, hücum nəticəsində 47 nəfər ölüb, 100-dən artıq insan yaralanıb. Husilər Ədənin ətrafındakı bəzi bölgələrdə nəzarəti itirməsinin ardından Der Saad qəsəbəsini top atəşinə tutmağa başlayıblar. Husilər daha sonra qəsəbəni bombardman etdiklərini təkzib etsələr də bölgədəki tibb işçiləri qəsəbənin husilər tərəfindən bombalandığını deyib. 

Qeyd edək ki, həmin əraziyə hazırda sürgündəki prezident Mənsur Hadinin tərəfdarları nəzarət edir. 

Husilər ötən sentyabr ayında paytaxt Senanı ələ keçirib. Səudiyyə Ərəbistanda sürgündə olan prezident Mənsur Hadinin güclü olduğu Ədən şəhərində də mart ayından bu yana qarşıdurmalar davam edir.

BMT-nin məlumatına görə qarşıdurmalarda 3 mindən çox insan həyatını itirib, Yəməndə bir milyondan çox insan isə evlərini tərk etmək məcburiyyətində qalıb.

musavat.com