İbrahim İbrahimli vəfat edib

İbrahim İbrahimli vəfat edib

16-06-2021 11:18 / Bu xəbər 830 dəfə oxundu

İstiqlalçı deputat xərçəng xəstəliyindən əziyyət çəkirmiş

Azərbaycanın istiqlalçı millət vəkili İbrahim İbrahimli iyunun 16-da vəfat edib.

Bu barədə İbrahim İbrahimlinin yaxın qohumu Toğrul İsmayıl məlumat yayıb.

İbrahim İbrahimli 1952-ci ildə Naxçıvan şəhərinin Zeynəddin kəndində doğulub.

O, Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

İbrahim İbrahimli Milli Azadlıq Hərəkatının öncüllərindən olub.

İbrahim İbrahimli 1990-cı ildə Ali Sovetə seçkilərdə millət vəkili seçilib.

O, 1991-ci ildə Azərbaycanın müstəqilliyinə səs verən istiqlalçı deputatlardandır.

Uzun müddət AXC İcraiyyə Komitəsinə rəhbərlik edib, daha sonra Müsavat Partiyasının Divan üzvü və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olub.

O, uzun müddət imiş ki, xərçəng xəstəliyindən əziyyət çəkirmiş.