İcra başçısının koronavirusdan ölməsi xəbəri yalan çıxdı

İcra başçısının koronavirusdan ölməsi xəbəri yalan çıxdı

27-11-2020 12:37 / Bu xəbər 885 dəfə oxundu

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır.

Bu barədə Trend-ə icra başçısının müalicə aldığı tibb müəssisəsindən məlumat verilib. 

Müəssisədən qeyd ediblər ki, V.Tağıyev hazırda tibb müəssisəsində müalicəsini davam etdirir: "İcra başçısının vəziyyəti ağırdır. Amma onun dünyasını dəyişməsi ilə bağlı məlumat yalandır".
 
Bu gün mətbuatda Vahid Tağıyevin koronavirusdan vəfat etməsi ilə bağlı xəbərlər yayılmışdı.