İcra başçısının müavini ölkədən külli miqdarda qızıl çıxararkən saxlanılıb
31-12-2024 01:12 / Bu xəbər 263 dəfə oxundu
Azərbaycandan külli miqdarda qızıl çıxarmaq istəyən şəxs saxlanılıb.
Bakupost.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin əməkdaşları bununla bağlı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında əməliyyat həyata keçiriblər.
Əməliyyat zamanı 4 kq qızılı ölkədən çıxarmaq istəyən Əfsər Mirzəliyev adlı şəxs saxlanılıb.
Bildirilir ki, Əfsər Mirzəliyev Xəzər rayon icra hakimiyyətinin başçısı Elşən Salahovun müavini vəzifəsində çalışır.
2017-2021-ci illərdə Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışmış polkovnik-leytenant Qəhrəman Məmmədov da ötən ayın axırlarında İstanbulda 70 kq qızılla saxlanılıb.