İcra başçısının müavini ürəkdən vəfat edib

İcra başçısının müavini ürəkdən vəfat edib

20-12-2020 14:18 / Bu xəbər 889 dəfə oxundu

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Sahib Quliyev vəfat edib.

Xəbəri APA yayıb.

Bildirilir ki, S. Quliyev bir müddət öncə koronavirusa yoluxub və müalicə olunaraq sağalıb. 

Ötən gün isə qəflətən ürəktutmasından vəfat edib.

S.Quliyev 2011-ci ildən Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb.