İcra başçısının həbs olunmuş müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir

İcra başçısının həbs olunmuş müavini Yaqub Eyyubovun qardaşı nəvəsidir

19-12-2019 21:09 / Bu xəbər 1138 dəfə oxundu

Bu gün həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin daha bir müavini - Lalə Eyyubovanın saxlanılması barədə xəbər yayılıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, icra başçısının həbs olunan humanitar məsələlər üzrə müavini Lalə Eyyubova Baş nazirin birinci müavini Yaqub Eyyubovun doğma qardaşı nəvəsidir. 

Onun hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Bakıya gətirildiyi bildirilir. 

Qeyd edək ki, ötən gün Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu və müavini Tatarov Ramiz Cahangir oğlu saxlanılıb.