İcra başçısının obyektləri - VİDEO

İcra başçısının obyektləri - VİDEO

04-08-2019 12:09 / Bu xəbər 959 dəfə oxundu

Abşeron İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya məxsus əmlakların siyahısı yayılıb.

Bu barədə hərgun.az məlumat yayıb. 

Məlumata görə, əmlakın siyahısı aşağıdakı kimidir: 

– Xırdalan şəhərindəki "Titanik” adlı böyük obyekt..
– Novxanı kəndində yerləşən "ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi..
– Mehdiabad-Fatmayi yolunun üstündəki "Palma” supermarketi, eyni adlı restoran.
– Həmçinin Abşeron ərazisində təndirxanalar.

Bununla yanaşı, icra başçının əsas biznesinin Abşeronda yox Binəqədidə olduğu deyilir. Bunlardan biri ən azı bir milyon manata başa gəlmiş 3 mərtəbəli "Zümrüd” uşaq bağçasıdır.

Deyilənə görə, "Zümrüd” başçının anasının adıdır. Obyektə onun qızı Vüsalə Gülməmmədova rəhbərlik edir.

Maraqlıdır ki, Abşeronda, əsas da Xırdalanda uşaq baxçası azdır. Bəs niyə başçı baxçanı "Varovski”də tikdirib?

Abşeron Rayon İcra Hakimiyyəti yayılan xəbərə münasibət bildirməyib.