İcra Hakimiyyətinin 32 milyon manatlıq tenderlərini bu şirkətlər qazandı

İcra Hakimiyyətinin 32 milyon manatlıq tenderlərini bu şirkətlər qazandı

10-07-2020 11:43 / Bu xəbər 1162 dəfə oxundu

Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi abadlıq-quruculuq işlərininin aparılması (1), eləcə də xüsusi geyim formasının satın alınması (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq "Ərdagı” və "LK Machinery" MMC-lərdir.

Qalib şirkətlərə müvafiq olaraq 3,175 milyon manat və 28,476 milyon manat, ümumilikdə isə 31,651 milyon manat ödəniləcək.