İcra hakimiyyəti ReAl-a qurultay üçün niyə yer vermədi?

İcra hakimiyyəti ReAl-a qurultay üçün niyə yer vermədi?

17-06-2020 18:45 / Bu xəbər 1575 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyəti ReAl Partiyasına növbəti dəfə qurultay keçirməyə icazə verməyib.

Bu barədə ReAl Partiyasının sədri İlqar Məmmədov öz şəxsi feysbuk hesabında məlumat yayıb.

Onun sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti xüsusi karantin rejiminin 1 iyul 2020-ci ilə qədər uzadılması səbəbi ilə qapalı məkanlarda tədbirlərin keçirilməsinin qadağan olunduğunu və məsələyə xüsusi karantin rejimi bitdikdən sonra yenidən baxıla biləcəyini bildirib. 

 
Partiya sədri 6 aydan çoxdur ki, ReAl Partiyasına qurultay keçirməyə imkan verilmədiyini deyib.

O, bunun Azərbaycan Konstitusiyası və Avropa Konvensiyasına zidd olduğunu vurğulayıb. 

İ.Məmmədov Ədliyyə Nazirliyi və aidiyyatı digər dövlət qurumlarına bununla bağlı müraciət ediləcəyini bildirib.

Vüsalə Mikayıl
Toplum.Tv