İcra hakimiyyətində əməliyyat: vəzifəli şəxslər saxlanılıb

İcra hakimiyyətində əməliyyat: vəzifəli şəxslər saxlanılıb

25-06-2024 00:18 / Bu xəbər 774 dəfə oxundu

Daşkəsən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

"Qafqazinfo”nun yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.

Həmin şəxslərin korrupsiya cinayətlərində şübhəli bilindikləri iddia olunur. 

Əməliyyatın detallarını hələ ki bəlli deyil. 

Bildirilir ki, hazırda icra başçısı əvəzi olan başçının müavini də saxlanılıb.