İcra Hakimiyyətində təmir tenderi: 2 ildə 6 milyon yarım

İcra Hakimiyyətində təmir tenderi: 2 ildə 6 milyon yarım

13-06-2022 00:00 / Bu xəbər 1065 dəfə oxundu

Şəki Şəhər İcra Hakimiyyəti özü üçün tikilən yeni inzibati binanın tikintisinin tamamlanması işlərinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Azin Construction" MMC-dir.
Ətraflı

Qalib şirkətə 2 milyon 875,6 min manat ödəniləcək.

2020-ci ildə Şəki Şəhər İcra Hakimiyyətinə yeni inzibati binasının tikintisi üçün büdcədən 3 milyon 625 min manat ayrılmışdı.

Bu işlərin görülməsi üçün şəhər icra hakimiyyəti "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ilə müqavilə bağlamışdı.