İcra Hakimiyyətinin “sevimli” şirkəti - Tenderləri bu MMC udur

İcra Hakimiyyətinin “sevimli” şirkəti - Tenderləri bu MMC udur

18-10-2022 22:25 / Bu xəbər 1025 dəfə oxundu

Sumqayıt Şəhər İcra Hakimiyyətinin Sumqayıt şəhəri, Sülh prospektində və C.Məmmədquluzadə küçəsində səkilərdə abadlıq işlərinin görülməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Bakıvaxtı.az" xəbər verir ki, tenderin qalibi "Azərenerji Təchizat” MMC-dir.

Qalib şirkətə 125 min 504 manat ödəniləcək.

"Azərenerji Təchizat” MMC bir ay öncə Sumqayıt Şəhər İcra Hakimiyyətinin 1,006 milyon manatlıq tenderini qazanıb (17.09.2022).

Bu şirkət son zamanlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin keçirdiyi 9 tenderində qalib elan olunub.