İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb

İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb

18-10-2021 18:39 / Bu xəbər 642 dəfə oxundu

İctimai fəal Bəxtiyar Hacıyev yenidən saxlanılıb. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov bazar ertəsi axşam bildirib.

Oktyabrın 18-də Hacıyev "Facebook" səhifəsində yazıb ki, Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmək niyyətindədir. 

Fəalın bildirdiyinə görə, artıq bir neçə aydır ki, hüquq-mühafizə və məhkəmə orqanları ona qarşı "mənəvi terror" kampaniyası aparırlar.

Səfərovun məlumatına görə, Hacıyev aksiya yerinə gedərkən yolda saxlanılıb. 

"Hazırda Səbayel Rayon Polis İdarəsinin 9-cu bölməsindədir ", - Səfərov bildirib.

Daxili İşlər Nazirliyindən şərh almaq mümkün olmayıb.