İctimai fəal istintaq təcridxanasında saxlanma şəraitindən şikayət edir

İctimai fəal istintaq təcridxanasında saxlanma şəraitindən şikayət edir

11-12-2023 14:52 / Bu xəbər 730 dəfə oxundu

İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin üzvü, 3 saylı İstintaq Təcridxanasında saxlanılan Ayxan İsrafilov saxlanma şəraitindən şikayət edir.

İsrafilov bu barədə "Turan"a dekabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində öz işi üzrə iclas zamanı bildirib.

Onun sözlərinə görə, 10 nəfərlik kamerada 15 nəfər saxlanılır. 

Fəal həmçinin qeyd edib ki, ona göndərilən kitabların heç birini verməyiblər, üstəlik səbəbini açıqlamayıblar.

Dövlət ittihamçısı gəlmədiyinə görə fəalın məhkəmə prosesi dekabrın 18-nə təxirə salınıb. 

Ayxan İsrafilov avqustda həbs olunub. Avqustun 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə  həbs qətimkan tədbiri seçilıb.

İsrafilov Cinayət Məcəlləsinin 234.1-1 ci maddəsilə (narkotik maddələrin saxlanması və yayılması) ittiham olunur. 

O, ittihamları qəbul etmir və həbsi öz ictimai fəaliyyətilə əlaqələndirir, bu da kuryer xidməti işçilərinin hüquqlarının qorunmasında özünü göstərib.-0