İctimai fəal saxlanılıb
20-09-2023 13:40 / Bu xəbər 901 dəfə oxundu
Rail Abbasov dələduzluqda ittiham olunur
İctimai fəal Rail Abbasov sentyabrın 19-da saxlanılıb.
"Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının rəhbəri Rüfət Səfərov məlumat yayıb.
Nəsimi Rayon Polis İdarəsində saxlanılan Rail Abbasovun dələduzluqda ittiham olunduğu bildirilir.
"Rail Abbasov guya kimdənsə 200 min manat pul alıb…”, – Rüfət Səfərov belə deyib.
Hüquq müdafiəçisi yada salıb ki, Rail Abbasov həm də hazırda həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin dostudur: "Rail hər gün Bəxtiyarın müdafiə işi ilə məşğul idi”.
Rail Abbasov iyunun 6-da Bəxtiyar Hacıyevin işi üzrə istintaqda da bir neçə saat dindirilib, onun evində, avtomobilində axtarış aparılıb.
O zaman vəkili şikayətlənirdi ki, axtarış zamanı müdafiəçi kimi onun iştirakına imkan verilməyib.
Gün ərzində evində, maşınında axtarış aparılan, ardınca Bakı şəhər Baş Polis İdarəsində dindirilən Rail Abbasov axşam saat 22.30 radələrində sərbəst buraxılmışdı.