İctimai nəqliyyat 4 gün işləməyəcək

İctimai nəqliyyat 4 gün işləməyəcək

14-07-2021 13:12 / Bu xəbər 1430 dəfə oxundu

Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın işləməyəcəyini açıqlayıb.

Qurumdan iyulun 14-də verilən məlumatda bildirilir ki, 17 iyul tarixinin iş günü olduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən həmin tarixdə ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin bərpa olunması barədə qərar qəbul edilib.

Digər dəyişikliyə əsasən, 18 iyul saat 00:00-dan 22 iyul saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.