IDI növbədənkənar parlament seçkiləriləri ilə bağlı sənəd yaydı

IDI növbədənkənar parlament seçkiləriləri ilə bağlı sənəd yaydı

25-12-2019 18:50 / Bu xəbər 1164 dəfə oxundu

Demokratik Təşəbbüslər İnstitutu (IDI) 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərilərinin hansı əsaslarla elan olunması, seçkiöncəsi mühit, seçkilərə hazırlıq prosesi, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarları,  həmçinin yerli və beynəlxalq qurumların azad və ədalətli seçkilərin keçirilməsi üçün təklif və tövsiyələrinin icra vəziyyətinə dair qiymətləndirmə aparıb.

Bu barədə arqument.az-a Demokratik Təşəbbüslər İnstitutundan məlumat verilib. 

IDI hesab edir ki, parlamentin buraxılması ilə bağlı qərar nə mövcud Konstitusiyanın tələbləri çərçivəsində verilib, nə də bu qərar verilərkən (demokratik təcrübənin tətbiqi baxımdan) beynəlxalq qurumların çağırışları nəzərə alınıb.

Sənəddə qeyd olunur ki, 2020-ci ilin fevral ayının 9-na təyin olunan növbədənkənar parlament seçkiləri də hakim partiyanın inzibati resursları mütləq istifadə etdiyi, real siyasi qüvvələr (iqtidar-müxalifət) arasında siyasi dialoqun yoxluğunun diktə etdiyi, əlverişsiz siyasi mühitdә baş verir.

IDI-nin yaydığı sənədin tam mətnini buradan əldə edə bilərsiniz.