İki ayda 100-ə yaxın bağça müdiri nöqsanlara görə işdən çıxarılıb

İki ayda 100-ə yaxın bağça müdiri nöqsanlara görə işdən çıxarılıb

08-09-2022 14:31 / Bu xəbər 774 dəfə oxundu

İyun və iyul aylarında, təxminən 100-ə yaxın bağça müdiri yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Bu barədə Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev  məlumat verib.

Onun sözlərinə görə, nəzarət tədbirləri bundan sonra da davam edəcək.

Nazirlik rəsmisi həmçinin qeyd edib ki, gündəmdə  məktəbəqədər təhsil müəssisələrində uşaqların yerdəyişməsi ilə bağlı məsələ yoxdur. 

"Əsas hədəf uşaqların məlumatlarının vahid informasiya bazasının formalaşdırılmasıdır. Bu iş yekunlaşdıqdan sonra yerdəyişmə prosesinin tətbiqi mümkün ola bilər", - deyə rəsmi qeyd edib.

O həmçinin əlavə edib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan müəllimlərin də yerdəyişməsi nəzərdə tutulmur. 

Onun sözlərinə görə, hazırda bağçalara tərbiyəçi-müəllimlərin və direktorların mərkəzləşmiş qaydada işə qəbulu aparılması məsələsi gündəmdədir.