İki jurnalist prokurorluğa çağırıldı

İki jurnalist prokurorluğa çağırıldı

05-07-2017 17:44 / Bu xəbər 1309 dəfə oxundu

Müstəqil jurnalist İslam Şıxəli prokurorluğa çağırılıb. 

O, iyulun 7-də saat 10:00-da ifadə vermək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət olunub. 

Bu haqda jurnalistin özü məlumat yayıb.

Qeyd edək ki, İslam Şıxəli 2015-ci ilin sentyabrın 28-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verib.  Əvvəlki dindirmədə ona "Meydan TV” ilə, AzadlıqRadiousunun fəaliyyəti ilə və qazancı ilə bağlı suallar verilib.

Bu gün həmçinin jurnalist İzolda Ağayeva da İstintaq İdarəsinə çağırılıb. İzolda Ağayeva sabah, iyulun 6-da saat 10:00-da İstintaq İdarəsində olmalıdır.

Onların həbsdəki jurnalist Əfqan Muxtarlı işi ilə bağlı dindiriləcəkləri ehtimal olunur. 

Qeyd edək ki, Əfqan Muxtarlı işi ilə "Meydan TV” işinin istintaqı birləşdirilib.

Bastainfo.com