İki qadının oldüyü hostel kimə məxsusdur?

İki qadının oldüyü hostel kimə məxsusdur?

22-04-2021 16:08 / Bu xəbər 1402 dəfə oxundu

Bir neçə gün əvvəl Bakının Səbail rayonunda yerləşən "İST hostel”in hamam otağında iki qadının müəmmalı ölümü barədə mediada məlumatlar yayılsa da, hadisənin detalları barədə ictimaiyyətə geniş məlumat verilməyib. 

APA-nın yazdığına görə, hadisə zamanı Dadaşova Ləman Əhməd qızı və onun rəfiqəsi dəm qazından boğularaq ölüb.

Mediada yayılan məlumatlarda qeyd edilirdi ki, hər iki şəxs Tiktok və İnstagram sosial şəbəkələrində məhşur şəxs olublar.

"Bakuinfo.com” saytı hadisə ilə bağlı yaydığı araşdırmada "İST hostel” və "İST Petrol” yanacaqdoldurma məntəqələrinin sahiblərinin eyni şəxslər olduğunu üzə çıxarıb.

Sayt qeyd edir ki, İST şirkəti təsisçilərin baş hərflərinin adlarının – İlqar, Seymur, Teymurun baş hərflərinin adlarına uyğun olaraq İST adlandırılıb.

Baş verən hadisə ilə bağlı prokurorluq orqanında başlanan cinayət işi üzrə adıçəkilən şəxslərin məsliyyətə cəlb edilib-edilmədiyi barədə də ictimaiyyətə məlumat verilməyib.

"24 saat” xəbər verir ki, hadisə kifayət qədər müəmmalıdır. Ölüm hadisəsinin sadəcə bədbəxt hadisə olmaması ehtimalı da mümkündür. Belə ki, "İST hostel”in sahiblərinin kriminal aləmə yaxın şəxslər olması bildirilir ki, bu da hadisənin "hosteldə dəm qazından boğulma” olmasına əsaslı şübhə yaradır.

"Ümid edirik ki, hüquq-mühafizə orqanları məsələni ətraflı araşdıraraq, əsl həqiqətin üzə çıxmasına nail olacaqlar", - xəbərdə bildirilir.