İlham Əliyev 4 səfiri geri çağırdı

İlham Əliyev 4 səfiri geri çağırdı

23-07-2021 16:59 / Bu xəbər 4240 dəfə oxundu

Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev vəzifəsindən geri çağırılıb.

Bu barədə dövlət başçısı İlham Əliyev iyulun 23-də sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqaladə və səlahiyyətli səfiri Tahir Tağızadə təyin olunub.

T.Tağızadə 2014-cü ildən krallıqda səfir vəzifəsində çalışırdı.

V.Quliyev 2010-cu ildən Macarıstanda Azərbaycanı təmsil edirdi.

O, 1999-2004-cü illərdə Azərbaycanın xarici işlər naziri, 2004-2010-cu illərdə Polşada səfir vəzifəsində çalışıb.

İlham Əliyev 2015-ci ildən Azərbaycanı Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda təmsil edən Qaley Allahverdiyevi vəzifəsindən azad edib.

Onun yerinə İrfan Davudov təyin olunub.

Prezident Kamil Xasiyevi Azərbaycanın Serbiyada fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Qalib İsrafilovu isə Avstriyada, Sloveniyada və Slovakiyada fövqəladə və səlahiyyətli səfir vəzifəsindən azad edilməsi haqda sərəncam izalayıb.

O, eyni zamanda, BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağrılıb.

Qalib İsrafilov 2011-ci ildən bu vəzifələri daşıyırdı.

Onun yerinə bu vəzifələrə Nüsrət Sadıqbəyli təyin edilib.