İlham Əliyev adı korrupsiyada hallanan icra başçısına orden verdi

İlham Əliyev adı korrupsiyada hallanan icra başçısına orden verdi

15-12-2019 01:08 / Bu xəbər 1010 dəfə oxundu

Siraqəddin Nəcəf oğlu Cabbarov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 
Bu barədə prezidentin rəmi saytında məlumat yayılıb. 

Məlumata görə, Prezident İlham Əliyev dekabrın 14-də bununla bağlı sərəncam imzalayıb. 

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bu mükafata layiq görülüb. 

S.Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısıdır. Dekabrın 15-də onun 60 yaşı tamam olur.

Qeyd edək ki, Siraqəddin Cabbarov ən çox mediada tənqid olunan icra başçılarındandır. Onunla bağlı dərc olunmuş əksər yazılarda icra başçısının adı korrupsiya və yartımaz idarəçilikdə hallandırılır. Bu məlumatların əksəriyyəti isə təkzib olunmayıb.