İlham Əliyev AZAL-a yeni prezident təyin edib
23-02-2024 02:02 / Bu xəbər 598 dəfə oxundu
Samir Rzayev buna qədər AZAL-ın vitse-prezidenti idi
Samir Musa oğlu Rzayev "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.
Bu barədə Prezident İlham Əliyev fevralın 22-də sərəncam imzalayıb.
Əliyevin digər sərəncamı ilə Samir Musa oğlu Rzayev "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti vəzifəsindən azad edilib.
2023-cü il sentyabrın 1-də "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov vəzifəsindən azad olunmuşdu.
Sərəncamla "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası birinci vitse-prezident Samir Rzayevə həvalə edilmişdi.
Cahangir Əsgərov 2008-ci ildən "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsini icra edirdi.