İlham Əliyev Azərbaycanda internetlə bağlı vəziyyətdən danışdı

İlham Əliyev Azərbaycanda internetlə bağlı vəziyyətdən danışdı

18-11-2015 22:50 / Bu xəbər 1494 dəfə oxundu

Biz güclü demokratik təsisatlar yaratmışıq, müasir siyasi və çoxpartiyalı sistem qurmuşuq. Azərbaycan bütün azadlıqlara hörmət edildiyi bir ölkədir. Söhbət siyasi fəaliyyət azadlığından, mətbuat azadlığından, toplaşma azadlığından gedir.

Oxu.Az xəbər verir ki, bunu Parisdə UNESCO Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumunda çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident bəyan edib ki, Dünya Bankının qiymətləndirməsinə əsasən, 2008-ci ildə azərbaycanlıların yalnız 17 faizi internet istifadəçisi idi, 2015-ci ildə bu göstərici artıq 75 faiz təşkil edir.

"Bizim planımız bütün ölkə ərazisini genişzolaqlı pulsuz internet rabitəsi ilə əhatə etməkdir. Bu, mətbuat azadlığının, informasiya azadlığının bizim üçün prioritet məsələlər sırasına daxil edildiyini aydın nümayiş etdirir”, - deyə, dövlət başçısı vurğulayıb.
 
Arqument.Az