İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırdı

İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinə 18,8 milyon manat ayırdı

17-11-2021 14:58 / Bu xəbər 743 dəfə oxundu

Prezident İlham Əliyev Bakı şəhərinin mənzil-kommunal təsərrüfatının maddi-texniki təchizatının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə "President.az" saytı məlumat yayıb. 

Bildirilir ki, sərəncamla Bakı Şəhər İcra Hakimiyyətinin mənzil-kommunal təsərrüfatının kommunal təyinatlı texnika ilə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 18 milyon 800 min manat ayrılıb.