İlham Əliyev bir qrup hərbçini təltif etdi

İlham Əliyev bir qrup hərbçini təltif etdi

27-12-2021 15:41 / Bu xəbər 1119 dəfə oxundu

Hərbçilərə rütbə və medallar verilib

Noyabrın 16-da Kəlbəcər və Laçın rayonları ərazisindəki Azərbaycan–Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin təxribatlarının və hücumlarının qarşısının alınmasına görə 97 hərbçi müxtəlif medallarla təltif olunub.

Onlardan 7 nəfərinə ölümlərindən sonra "Vətən uğrunda” və 3-cü dərəcəli "Rəşadət” medalları verilib.

Bu barədə Prezident İlham Əliyev dekabrın 27-də sərəncam imzalayıb.

Sərəncama əsasən, digər hərbçilər "İgidliyə görə”, "Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə” və "Hərbi xidmətlərə görə” medallarıyla təltif edilib.

Təltif olunanlar arasında general-mayor, polkovnik, polkovnik-leytenant, mayor, kapitan, baş leytenant, leytenant, gizir, çavuş, əsgər və digər rütbəli hərbçilər də var.

Eyni zamanda, bu gün polkovnik Münasib Babayevə "general-mayor” ali hərbi rütbəsi verilib.

Bundan əlavə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 3 zabitinə general-leytenant, birinə isə general-mayor rütbəsi verilib.