İlham Əliyev: Cəbrayılın 3 kəndi işğaldan azad olunub

İlham Əliyev: Cəbrayılın 3 kəndi işğaldan azad olunub

06-10-2020 00:15 / Bu xəbər 908 dəfə oxundu

Bu gün Azərbaycan Ordusunun Cəbrayılın 3 kəndini işğaldan azad etdiyi bildirilir.

Bu barədə Prezident İlham Əliyev rəsmi "twitter” səhifəsində yazıb.

İlham Əliyev qeyd edib ki, Cəbrayıl rayonunun Şıxəliağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edilib.

Prezident Azərbaycan Ordusunun əməliyyatları davam etdirdiyini yazıb. 

Rəsmi Bakının bildirdiyinə görə, sentyabrın 27-də Ermənistanın başladığı təxribata cavab olaraq Azərbaycan əks-hücuma keçib və nəticədə Qarabağda müharibə başlayıb.

Əməliyyatlar zamanı Ermənistan silahlı birləşmələri mülki şəxsləri və obyektləri də atəşə tutmaqda davam edirlər. 

Ölən və yaralananların olduğu bildirilir.
 
Toplum.Tv