İlham Əliyev Davosda görüşlər keçirir

İlham Əliyev Davosda görüşlər keçirir

23-01-2018 02:08 / Bu xəbər 1958 dəfə oxundu

Yanvarın 22-də İsveçrədə səfərdə olan dövlət başçısı İlham Əliyev Dünya İqtisadi Forumunun prezidenti Börge Brend ilə görüşüb.

Prezidenti İlham Əliyev elə bu gün, yanvarın 22-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etməkdən ötrü İsveçrə Konfederasiyasına işgüzar səfər edib.

AzərTAC-ın xəbərinə görə, görüşdə Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Həmçinin vurğulanıb ki, Azərbaycanda qeyri-neft sektoru inkişaf edir, ölkəyə turist axının getdikcə artır.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə də məlumat verib.

Görüş zamanı Dünya İqtisadi Forumu ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Yanvarın 22-də Davosda Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın "Black Rock” şirkətinin təsisçisi, müşahidə şurasının sədri və icraçı direktoru Lourens Fink ilə də görüşüb.

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Fondu ilə "Black Rock” şirkəti arasında yaranan əməkdaşlığın məmnunluq doğurduğunu bildirib. O, Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Ələt azad ticarət zonası layihələrindən də danışıb.

Prezidenti İlham Əliyev həmçinin, Rusiyanın "LUKOİL” şirkətinin prezidenti Vahid Ələkbərov ilə də görüşüb.

Verilən məlumata görə, görüşdə bu şirkətlə Azərbaycanın əməkdaşlıq məsələləri nəzərdən keçirilib.