İlham Əliyev dini qurumlara maliyyə yardımı ayırdı

İlham Əliyev dini qurumlara maliyyə yardımı ayırdı

08-07-2021 15:39 / Bu xəbər 3191 dəfə oxundu

Prezident bununla bağlı sərəncam imzalayıb

Prezidentin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat yardım ayrılıb.

Bu barədə dövlət başçısı iyulun 8-də sərəncam imzalayıb.

Sərəncamda Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 150,0 (yüz əlli) min manat, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 150,0 (yüz əlli) min manat və Azərbaycanın Alban-Udi xristian dini icmasına 150,0 (yüz əlli) min manat vəsaitin ayrıldığı da qeyd olunub.

Bundan əlavə, qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 100,0 (yüz) min manat ayrılıb.

Sənəddə vəsaitin 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan ayrıldığı göstərilib.